Bakı. Trend:
Kampaniya 4 nominasiya üzrə finala yüksələrək ikimedalla təltif olunub.
“Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgətəşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyasıKIAF — Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib.Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar” və “Qeyri-kommersiya vəxeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiqgörülüb.
Eyni zamanda, layihə “Korporativ imic və nüfuzunformalaşdırılması” və “Brendlərarası əməkdaşlıq” kateqoriyalarındada finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənayemütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksəkqiymətləndirilib.
Qeyd edək ki, “Doğru yol budur” kampaniyasının məqsədi gənclərizərərli vərdişlərdən uzaq tutmaq və onların asudə vaxtlarını sağlamhəyat tərzi və idmanla dəyərləndirməyə təşviq etməkdir. Sosialtəşəbbüs çərçivəsində Cüdo Federasiyasının məktəb və bölmələrindəqeydiyyatdan keçən gənclərə cüdo ilə ödənişsiz şəkildə məşğul olmaqimkanı yaradılıb. Layihə əsnasında yeniyetmə və gənclər arasındageniş maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın birçox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərindaha çox toplandığı yerlərdə narkotik vasitələrdən istifadəninyıxıcı fəsadlarını əks etdirən təsiri posterlər yerləşdirilib.
Onu da qeyd edək ki, məşhur rep ifaçısı Orxan Zeynallının bulayihə üçün bəstələdiyi “Bir də gəlsəm” mahnısı sosial mediadamilyonlarca baxış toplayıb. Mahnının klipini ölkənin aparıcırejissorlarından biri olan Emil Quliyev çəkib.
Təşəbbüsün nəticəsində 900-ə yaxın gənc cüdo təlimlərinəqoşularaq zərərli vərdişlərdən uzaq durmağı seçib.
Xatırladaq ki, 2000-ci ildən etibarən keçirilən KIAF qlobalreklam, media, PR və dizayn sahəsində fəaliyyət göstərən şirkət vəmütəxəssisləri bir araya gətirən aparıcı platformalardan biri hesabedilir.
“Doğru yol budur” layihəsinin bu nüfuzlu festival tərəfindənmükafatlandırılması, onun sosial təsirinin və kommunikasiyastrategiyasının beynəlxalq səviyyədə də yüksəkqiymətləndirilməsinin bir göstəricisidir.