RU

Rusiya təhlükəsi? - London və Berlin qarşılıqlı müdafiəyə hazırlaşır

London və Berlin xarici təhdidlər zamanı qarşılıqlı yardım haqqında bəndi özündə əks etdirən genişmiqyaslı saziş imzalamağı planlaşdırır.

Publika.az xəbər verir ki, "Politico" bu barədə səlahiyyətli mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, danışıqların 18 mərhələsi ərzində hazırlanmış sənədin mətni son variantına yaxınlaşır. Sazişin 2025-ci il iyulun 17-də imzalanacağı gözlənilir.

Müqavilənin əsas hissəsi keçən ilin oktyabrında Britaniyanın paytaxtında imzalanmış ikitərəfli "Trinity House" paktı çərçivəsində müdafiə sahəsində əməkdaşlığa aiddir. Paktda qeyd olunur ki, bir tərəf üçün strateji təhlükə avtomatik olaraq digər tərəf üçün təhlükə hesab olunur.

Bu müddəanın daxil edilməsi avropalı tərəfdaşların Amerikanın Avropadakı hərbi mövcudluğunun azaldılması kontekstində təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istəyini vurğulayır.

"Trinity House" sazişi NATO-nun şərq sərhədində tərəfdaşların birgə təlimlərini, pilotsuz uçuş aparatlarının birgə istehsalını və Şimal dənizində sualtı infrastrukturun mühafizəsini nəzərdə tutur. Digər mühüm aspekt, Şimali Atlantikanın monitorinqi üçün Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing P-8A Poseidon" dəniz kəşfiyyat təyyarəsinin Şotlandiyanın "Lossiemut" aviabazasında yerləşdirilməsinin planlaşdırılmasıdır. Böyük Britaniyada "Rheinmetall" artilleriya zavodunun açılması da planlaşdırılır.

Избранный
17
publika.az

1Источники