RU

"Qarabağ" Avstriyaya yollandı

"Qarabağ" yay təlim-məşq toplanışının 2-ci hissəsi üçün Avstriyaya yola düşüb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq. İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma Bakı vaxtı ilə 19.30-da) başlayacaq. İyulun 11-də “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə 17.00 və 19.15-də start götürəcək. İyulun 15-də toplanışın son matçında rəqib “Zalsburq” (Avstriya) olacaq. Görüş Bakı vaxtı ilə 20.00-da başlayacaq.

Qarşılaşmaların dördü də "Kaprun" stadionunda keçiriləcək.

Избранный
5
50
football-plus.az

10Источники