ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın İƏT ölkələri ilə ticarət dövriyyəsi 10 faiz artıb və artıq 3,5 milyard dollara çatıb.
APA-nın xəbərinə görə, bunu Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İnvestisiya və ticarətin təşviqi İƏT regionunda davamlı inkişaf üçün katalizator kimi” mövzusunda Biznes Forumunda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.
Elnur Əliyev Azəraycanda İƏT ölkələrinin 10 mindən çox şirkətinin fəaliyyət göstərdiyini, ötən dövrdə İƏT ölkələri tərəfindən Azərbaycana 22 milyard dollardan çox investisiya qoyulduğunu nəzərə çatdırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.