RU

Rusiyanın qarşısında olmağın nəticəsi necə olacaq? Səddam Laçın

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Səddam Laçının yeni yazısını təqdim edir.

Dünən iki eşşəyin arpasını bölə bilməyən bir nəfər Azərbaycan-Rusiya münasibətləri haqqında "dərin dövlət və onun dərin siyasəti" başlıqlı dissertasiyasını yarıda saxlayıb, ağır-ağır hərəkətlərlə mənə tərəf əyildi, qısıq səslə "bilmədiyin şeylər var, brat", - dedi və göz vurdu.

Etiraf edim ki, bilmədiyim çox şey var. Hələ söhbət siyasətdən gedirsə, demək olar ki, heç nə bilmirəm.

Amma bildiyim bir şey var, mən də, sən də qorxaq kimi yaşamaqdan bezmişik.

Ona görə belə reaksiya veririk.

Hökumətin reaksiyası ürəyimizə yağ kimi yayılır. Bilirik, fərqindəyik ki, balaca ölkəyik.

İllərdi bunu bizə hər fürsətdə eşitdiriblər, göstəriblər.

Hamı bizi qorxudub, hədələyib.

İrandan qorx, Rusiyadan qorx, Fransadan qorx, Amerikadan qorx, hamıdan qorxan ermənidən qorx- nə vaxta qədər? Qorxa-qorxa yaşamaq bizə nə qazandırıb?

Qorxa-qorxa Cümhuriyyəti elan etmək olardımı?

Qorxa-qorxa müstəqil Azərbaycanı yaratmaq olardımı?

Qorxa-qorxa Qafqazın ən güclü ordusunu qurmaq olardımı?

Qorxa-qorxa Qarabağı işğaldan azad etmək olardımı?

Qorxa-qorxa Qarabağı yenidən qurmaq olardımı?

Mən demirəm ki, dünyanın müharibə apardığı, amma ciddi heç nə edə bilmədiyi Rusiyaya meydan oxuyaq, onunla savaşa girək. Mən demirəm ki, ölkəmizi Ukraynanın, xalqımızı ukaynalıların gününə salaq.

Xeyr, əsla. Amma qorxmayaq. Boynumuzu önə əyməyək. Çünki biz əydikcə, onlar boynumuza minirlər. Dünən də elə idilər, bu gün də elədilər, sabah da elə olacaqlar.

Nikolo Makiavelli "Hökmdar" əsərində deyir ki, müharibədən qaçmaq mümkün deyil, onu sadəcə təxirə salmaq olar ki, bu da sizin əleyhinizədir. Nə olacaqsa, olsun. Çıxsın içimizdəki rus xofu, rus sevdası.

Babəkin də dediyi kimi; "Bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür".

"Bütün kişiləri döyüb apardılar" - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının təfərrüatları

Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib

Dünyanın 10 möhtəşəm festival və karnavalı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
1
kulis.az

2Источники