RU

Pentaqon Trampa Ukraynaya hərbi yardım üzrə "etibarlı variantlar" təklif edir

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampa Ukraynaya hərbi yardım üçün "etibarlı və effektiv" variantlar təqdim etməyə davam edir. 

Olaylar.az xəbər verir ki, bu barədə qurumun siyasi məsələlər üzrə rəhbəri Kolbi məlumat verib.

Onun sözlərinə görə, təklif edilən yardım planları münaqişənin tezliklə və ədalətli şəkildə başa çatdırılmasına yönəlib: "Biz Tramp administrasiyasına, xüsusilə də prezidentə münaqişəni dayandırmaq üçün müxtəlif operativ və diplomatik baxımdan güclü variantlar təqdim edirik".

Kolbi əlavə edib ki, əsas məqsəd Ukraynadakı vəziyyətin daha da dərinləşməsinin qarşısını almaq və sabitliyə nail olmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
41
olaylar.az

10Источники