RU

Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü qeyd olunub (FOTO)

Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilədaxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyinrəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevinabidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim,akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Trendxəbər verir ki, Respublikanın ərazi bütövlüyü və suverenliyiuğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlərxiyabanı da ziyarət olunub.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “PolisGünü”nə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuştəntənəli mərasim keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri HeydərƏliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlikzirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlakolmuş polis əməkdaşlarının xatirəsi yad olunub.

Sonra peşə bayramı münasibəti ilə AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətəçatdıran general-polkovnik Vilayət Eyvazov ötən 107 ildə polisinkeçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərliənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikayarəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinintəşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsindəgörülən mühüm işlərdən danışıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlərNazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını,zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləriaparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi,peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyatakeçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaşməmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlıhəyata keçirilmiş tədbirləri vurğulayıb.

Cinayətkarlığa, onun transmilli növlərinə qarşımübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmlixidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanunimənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təminetdiyini qeyd edib.

Xidməti vəzifələrin dəqiq və qüsursuz yerinəyetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimikeyfiyyətlərin böyük önəm kəsb etdiyi, cinayətlərin açılmasınınyüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasınındaha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdəxidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqaxidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərinhəyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətindiqqətinə çatdırılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyialtında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindənsonra regionda yeni reallıqların yarandığı vurğulanaraq işğaldanazad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın gerçəkləşməsi üçün polisorqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcudvəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlıtəmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davametdirildiyi qeyd olunub.

Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarınahər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşənvətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlətqurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökuməttəşkilatlarının və media nümayəndələrinə təşəkkür ifadə olunub.

Qazanılan uğurlarda Azərbaycan polisinin müasirdünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmətruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edəndaxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilətəbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsiilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

General-polkovnik V.Eyvazov təntənəli mərasiminiştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, özandına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra daVətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığınıəsirgəməyəcək.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarlatribuna qarşısından keçidi ilə yekunlaşıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
16
4
az.trend.az

10Источники