RU

Rusdilli məktəblər bağlanacaq?

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.

Yeniavaz.com xəbər verir ki, həmçinin rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı da məlumatlar yayılıb.

Məlumat rəsmi olmasa da, sosial şəbəkələrdə müsbət qarşılanmışdı.

Elm və Təhsil Nazirliyi isə sosial şəbəkələrdə rus dilində tədrislə bağlı yayılan məlumatlara dair çağırış edib. Nazirlikdən APA-ya bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
yeniavaz.com

3Источники