RU

Azərbaycanda gənc qadınların yaşlı kişilərlə nikahı artır – Bu qərarın arxasında nə dayanır? - Psixoloq səbəbləri açıqladı

Statistikaya görə, son üç ildə 18-29 yaşlı xanımların 65 yaşdan yuxarı kişilərlə ailə qurması halları artıb. Bəs bu artımın psixoloji səbəbləri nələrdir? Bu münasibətlərin qadınların şəxsiyyət inkişafı, ailə həyatı və gələcək psixoloji durumu baxımından müsbət və mənfi tərəfləri varmı?
 
Moderator.az-a danışan psixoloq Nizami Orucov bildirib ki, son illər gənc xanımların yaşca çox böyük kişilərlə ailə qurmasının səbəbləri arasında əsasən təhlükəsizlik hissi, dayaq axtarışı və özlərini qorunmuş hiss etmək ehtiyacı dayanır. O qeyd edib ki, bəzən bu, uşaqkən ata sevgisinin, diqqətinin olmaması ilə də bağlı ola bilər:
 
“Belə xanımlar böyük yaşlı kişilərdə sabitlik, təcrübə və qayğı tapdıqlarını düşünə bilirlər.
Bu münasibətlər ilk baxışda rahat və güvənli görünsə də, zamanla azadlığın məhdudlaşması, öz fikirlərinə dəyər verilməməsi və emosional uzaqlıq kimi çətinliklər yarada bilər. Hər şey münasibətdəki qarşılıqlı anlayışa və hörmətə bağlıdır.
Belə bir addımın səbəbləri şəxsi həyat hekayəsi ilə sıx bağlıdır. Amma ümumilikdə, bu seçimlər çox vaxt daxildə tamamlanmamış ehtiyacların nəticəsi ola bilər”.
 
Избранный
32
28
moderator.az

10Источники