RU

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.
 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.


Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 

Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Избранный
15
49
sfera.az

10Источники