RU

İllik 300 milyon dollarlıq mənfəət: “Enerji bolluğu yaranacaq”

“8 Noyabr Elektrik Stansiyasının istifadəyə verilməsi elektrik enerjisinin ixracının artmasına imkan yaradacaq. İkincisi, daxili bazarda 10 faizlik idxal həcminin də kifayət qədər azalmasına gətirib çıxaracaq. Çünki ölkə daxilində enerjinin stabilliyi və bolluğu yaranacaq”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. O, bildirib ki, yeni istifadəyə verilən stansiya Azərbaycanın enerji ixracındakı həcmini xeyli artıracaq:

“Azərbaycan regionda enerji ixracı üzrə sayılıb-seçilən ölkələrdəndir. Əgər baxsaq, İran özü elektrik enerjisinin idxalçısıdır və pik zamanlarda özünü təmin edə bilmir. Ermənistan və Gürcüstanda da elektrik enerjisinə ciddi tələbat var. Hətta Türkiyənin özü belə daxili elektrik enerjisi tələbatını qismən ödəyə bilir.  Dördpendirli pizza

Amma Azərbaycan daxili tələbatı ödədiyi kimi, enerji ixracında böyük paya malikdir. 8 Noyabr Elektrik Stansiyasının istifadəyə verilməsi elektrik enerjisinin ixracının artmasına imkan yaradacaq. İkincisi, daxili bazarda 10 faizlik idxal həcminin də kifayət qədər azalmasına gətirib çıxaracaq. Çünki ölkə daxilində enerjinin stabilliyi və bolluğu yaranacaq”. 

Ekspert vurğulayıb ki, bu stansiya tam yeni texnologiyalarla tikildiyi üçün qaza qənaət edilməsinə imkan yaradacaq:

“Bir şeyi nəzərə almaq lazımdır ki, bu stansiya tam yeni texnologiyalarla tikilib. Bu isə ildə 1 milyard kubmetr qaza qənaət edilməsinə və 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Nəticə etibarı ilə Azərbaycan təkcə bu elektrik stansiyasının istifadəsindən enerji ixrac etməklə vəsait qazanmayacaq, həm də faktiki olaraq, neft-qaz sektoruna dəstək olacaq. Qənaət edilən 1 milyard kubmetr qazı ixrac etsək, bu ən azı 300 milyon dollar mənfəət deməkdir. Bu kifayət qədər yaxşı gəlirdir. Yəni 8 Noyabr Elektrik Stansiyası bir yox, bir neçə aspektdən Azərbaycan iqtisadiyyatına, dövlət büdcəsinə əlavə qazanc gətirən bir layihədir”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
18
35
yenisabah.az

10Источники