RU

Assan Çakişev: Qazaxıstan Azərbaycanla iqtisadi münasibətləri inkişaf etdirir

ŞUŞA, 2 iyul. TELEQRAF

"Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlər pozitiv istiqamətdə inkişaf etməkdə davam edir".

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “Atameken” Milli Sahibkarlar Palatası yanında Qazaxıstan Beynəlxalq Ticarət Palatasının Aparat rəhbəriAssan Çakişev Şuşada keçirilən 6-cı İƏT Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri qida sənayesi, aqrar-sənaye kompleksi və energetika sahələridir.
“Bu sahələr tarixi olaraq ölkələrimiz arasında iqtisadi münasibətlərin əsasını təşkil edir. Eyni zamanda, informasiya texnologiyaları kimi yeni istiqamətlərə marağın artdığını da müşahidə edirik”, –o qeyd edib.

Çakişev vurğulayıb ki, rəqəmsal həllər dövlət qurumlarının fəaliyyətini əhəmiyyətli dərəcədə sadələşdirir və vətəndaşların həyat keyfiyyətini artırır.
“Əminəm ki, bu sahədə ölkələrimiz arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur”.

Избранный
17
50
teleqraf.com

10Источники