Sankt-Peterburqun (Rusiya) Nevski rayonunda yeniyetmələr arasında virtual müstəvidə başlayan mübahisə ağır nəticələrə səbəb olub - azərbaycanlı 13 yaşlı yeniyetmə və onun ailəsi Rusiyadan deportasiya edilib.
Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Yeniyetmə miqrantın özünün, valideynlərinin, bacı və qardaşının Rusiya ərazisindən çıxarılması barədə miqrasiya tədbirləri görülüb. Onlar Azərbaycana deportasiya olunublar", - deyə hüququ-mühafizə orqanlarından bildirilib.