RU

ABŞ nin müvəkkili Ukrayna XİN ə çağırılıb VİDEO

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az Ukrayna Xarici İşlər nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşün əsas mövzusu Rusiyanın Ukraynaya qarşı artan “təcavüzü” və genişmiqyaslı “terroru” fonunda müdafiə sahəsində əməkdaşlıq olub. “Ukrayna tərəfi vurğulayıb ki, yardımın göstərilməsində hər hansı gecikmə və ya tərəddüd “təcavüzkarı” sülh axtarmaqdansa, müharibəni və terroru daha da gücləndirməyə təşviq edir”, - Ukrayna XİN-in bəyanatında deyilir.

Vaşinqton Kiyevə yardımı dayandırır | VİDEO

Məlumatda həmçinin bildirilib ki, Rusiya Ukraynanın martın 11-də təklif etdiyi tam atəşkəs təşəbbüsünə məhəl qoymur, əvəzində şəhərlərə hava hücumlarını gücləndirir və hərbi əməliyyatları davam etdirir. Tərəflər müdafiə təchizatı ilə bağlı məsləhətləşmələrin hazırkı vəziyyətini, həmçinin Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və sülhə nail olmaq üçün Rusiyaya təzyiqin artırılması istiqamətində gələcək addımları müzakirə ediblər. Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Vaşinqtonun Ukraynaya silah, o cümlədən hava hücumundan müdafiə (HHM) raketləri və dəqiq idarəolunan hərbi sursatların təhvil verilməsini müvəqqəti olaraq dayandırdığı barədə “NBC News” telekanalının yaydığı məlumatı təsdqiləyib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
50
azvision.az

10Источники