RU

İsrailin hücumları davam edir, Həmas heyəti vasitəçilərlə görüşəcək

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misir rəsmisi ABŞ mətbuatına bildirib ki, Həmas nümayəndə heyəti ABŞ-ın atəşkəs və girov mübadiləsi təklifi ilə bağlı Qahirədə vasitəçilərlə görüşəcək, iki ifrat sağçı İsrail naziri isə hər hansı mümkün razılaşmanın qarşısını almaq üçün hərəkətə keçib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İsrailin Qəzzada 60 günlük atəşkəs rejimini qəbul etdiyini elan etməsindən sonra İsrailin Qəzzaya hücumları davam edir.

İsrail ordusunun səhər saatlarından Qəzzanın müxtəlif bölgələrinə başlatdığı hücumlarda 15-i humanitar yardım gözləyən fələstinli olmaqla 39 nəfər həyatını itirib.

Sağlamlıq mənbələrindən və şahidlərdən əldə edilən məlumata görə, İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunus şəhərinin Mavasi bölgəsində bir evi hədəf alması nəticəsində iki fələstinli həyatını itirib.

İsrail ordusunun Xan Yunusda məcburi köçkün fələstinlilərə məxsus 3 çadırı bombalaması nəticəsində 12 nəfər həyatını itirib. İsrail ordusunun Xan Yunisin mərkəzində fələstinliləri hədəf alması nəticəsində 3 nəfər ölüb, şəhərin müxtəlif yerlərində dağıntılar altından 2 nəfərin cəsədi çıxarılıb.

İsrail və HƏMAS arasında dolayısı ilə atəşkəs və girov mübadiləsi danışıqlarında vasitəçilik edən ölkələrdən biri olan Misir rəsmisi Associated Press (AP) xəbər agentliyinə bildirib ki, HƏMAS nümayəndə heyətinin bu gün Misir və Qətər paytaxt mediası ilə görüşü gözlənilir. Mətbuata danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən misirli mənbə görüşdə ABŞ-nin dəstəklədiyi atəşkəs və girovların dəyişdirilməsi təklifinin müzakirə ediləcəyini bildirib. 

HƏMAS-dan verilən açıqlamada atəşkəsə açıq olduqları bildirilib və Qəzzada müharibəyə son qoyacaq mümkün razılaşmaya HƏMAS-ın dəstəyini təkrarlayıblar. HƏMAS rəsmisi Tahir əl-Nunu bildirib ki, HƏMAS razılaşmaya hazır və ciddidir.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
40
icma.az

10Источники