RU

Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan turzim imkanları Yaxın Şərq, Şərqi və Cənubi Asiya ölkələrində təbliğ ediləcək.

Bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Məlumata görə, Agentlik Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yol şousunun, Küveyt, Oman və Qətərdə B2B tədbirlərinin, həmçinin Birləşmiş Ərəb Əmirliklərində şəbəkələşmə tədbirinin keçirilməsinə 530 min manat xərcləyəcək.

Bundan başqa, qurum Çin, Hindistan və Yaponiyada seminarlar, şəbəkələşmə tədbirləri və yol şousunun təşkil olunmasına, təmsilçilik xidmətlərinin göstərilməsinə 1,461 milyon manat xərc çəkəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
3
banco.az

4Источники