RU

Neftçalada Polis işçilərinin peşə bayramı qeyd olunub - FOTOLAR

2 İyul- Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü Neftçala rayonunda qeyd olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, Rayon Polis Şöbəsinin əməkdaşları, veteran polis işçiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
 
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan polisinin keçdiyi 107 illik şərəfli xidmət yolu, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. RİH-in başçısı bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən, təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktur və maddi texniki bazaya malik olan Daxili İşlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai Qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o, cümlədən işğaldan azad edilən ərazilərdə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunan nəticələr də məmnunluq doğurur. 

RİH-in başçısı Daxili İşlər Nazirliyi əməkdaşlarının Vətən Müharibəsi və lokal antiterror əməliyyatları zamanı öz şücaətlərini bir daha nümayiş etdirdiyini, 44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşının, lokal antiterror əməliyyatları zamanı isə 13 əməkdaşının şəhid olmasını, 346 hərbi qulluqçu isə yaralanmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Bizlər əminik ki, öz peşə andına sadiq olan və şərəfli polis adını həmişə uca tutan Azərbaycan Polisi bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, Dövlət Başçımızın etimadını doğruldacaqdır. RİH-in başçısı “Polis Günü” münasibətilə polis əməkdaşlarına ən xoş arzularını bildirib.

Tədbirdə çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov şəxsi heyəti bayram münasibətilə təbrik edərək Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun təbrik məktubunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan polisi hər zaman dövlətçilik ideallarına sədaqətlə xidmət edib, ölkədə sabitliyin, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında əvəzolunmaz rol oynayıb. 

Tədbirdə çıxış edən Neftçala rayon prokuroru Nəsif Nəcəfov, veteran polis işçisi Sadiq Abbasov və şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova 2 iyul – Azərbaycan polisi günü münasibəti ilə polis əməkdaşlarını təbrik edib, onlara çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb və bu günün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin polis orqanlarının inkişafındakı əvəzsiz rolunu vurğulayıb, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilməsindən bəhs ediblər. 

Tədbirdə “Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü” münasibətilə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə bir qrup polis əməkdaşına Neftçala Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub, Daxili İşlər Nazirliyinin və Rayon Polis Şöbəsinin rəhbərlikləri tərəfindən polis işçilərinin mükafatlandırılması barədə məlumatlar diqqətə çatdırılıb. 
 
Tədbirin sonunda xatirə şəkili çəkilib.

Избранный
51
23
unikal.az

10Источники