RU

Qubada Polis Günü qeyd olundu - Fotolar

Quba rayonunda Polis işçilərinin peşə bayramı qeyd olunub. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba Rayon Polis Şöbəsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ADPU-nun Quba filialının direktoru, Quba Rayon Polis Şöbəsinin, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şimal bölgəsində regional şöbənin və Quba Regional Mühafizə şöbəsinin əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub.

Sonra isə Quba Rayon İcra Hakimiyyətində xidmətdə fərqlənmiş bir qrup polis işçisi ilə görüş keçirilib. 

Polis işçilərini təbrik edən RİH başçısı, eyni zamanda onları Fəxri fərmanlarla təltif edib. 








Избранный
17
1
qafqazinfo.az

2Источники