Digər mühüm həqiqət isə budur ki, cəbhədə canlı qüvvə çatışmazlığı nəzərə çarpır. Kreml bu boşluğu qeyri-rus mənşəli əhali ilə doldurmağa çalışır. Bu baxımdan miqrantların qorxu və təzyiqlərlə müharibəyə cəlb edilməsi geniş yayılıb. Orta Asiya xalqlarına və azərbaycanlılara qarşı olduqca təhqiramiz davranış, aşağılayıcı münasibət sərgilənir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, Rusiya həyata keçirdiyi siyasətlə açıq şəkildə millətçi, ayrı-seçkilikçi və islamofob mövqe tutur:
“Üstəlik, bu yanaşma sistemli şəkildə təşkilatlanaraq mərkəzdən idarə olunur və bu cür strategiya hazırda Rusiyanın dövlətçiliyinə ciddi zərbə vurur. Halbuki Azərbaycan dəfələrlə Rusiya əleyhinə heç bir təşviqat kampaniyasına qoşulmayacağını bildirib. Lakin Rusiya, sanki bu səbirli mövqedən sui-istifadə edərək Azərbaycanı ardıcıl olaraq hədəfə gətirib.
Davam edən təhqiramiz ifadələr, qıcıq doğuran çıxışlar və addımlar, o cümlədən təyyarə qəzası xalqımızın səbrini tükəndirən olaylar oldu. Azərbaycan dövləti və xalqı haqlı olaraq qəza ilə bağlı obyektiv araşdırma, nəticə, məsul şəxslərin cəzalandırılması və təzminat tələb etsə də, bu günə qədər Rusiya məsələyə əhəmiyyət verməyib.
Üstəlik, Yekaterinburqda həmvətənlərimizə qarşı xüsusi xidmət orqanları tərəfindən amansız zorakılıq və qəddarlıq nümayiş etdirildi. Hər kəsə məlumdur ki, bu cür qurumlar yuxarıdan gələn göstərişlərlə hərəkət edir. Buna görə də, Azərbaycan ictimaiyyəti və dövləti çox yaxşı anlayır ki, bu əmrlər birbaşa mərkəzdən verilir”.
Deputatın sözlərinə görə, bu olayların kökündə duran əsas səbəb ondan ibarətdir ki, Azərbaycan artıq məsələləri dolayı yollarla deyil, birbaşa özü həll edir:
“Heç bir sənəd bizi tabe olan bir müttəfiqə çevirmir. Münasibətlər yalnız qarşılıqlı ehtirama əsaslana bilər. Rusiya–Azərbaycan münasibətləri heç zaman səmimi və möhkəm olmayıb. Bu münasibətlər ən qısa zamanda normallaşmalı, düzgün axara qayıtmalıdır. Bu addımı atmalı olan tərəf isə biz deyilik”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Источники
-
publika.az“Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş...” ( 18980641)
-
Ajans.azXankəndidə TARİXİ GÖRÜŞ- CNN TÜRK-ün efirində Tural Müseyibovla ( 18979546)
-
Ajans.azPrezidentlər Xankəndidə Azərbaycan dilində danışdılar: Dünyaya mühüm MESAJ- CNN Türk ( 18978859)
-
teleqraf.comSərdar Cəlaloğlu: Nizami Cəfərova “şpion” deməmişəm, özündən uydurur - MÜSAHİBƏ ( 18978370)
-
musavat.comAzərbaycana qarşı “panik atak” ( 18976519)
-
news24.azRusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” ( 18972625)
-
vaxt.azSAXAL-ın İran marşrutu ( 18975574)
-
news24.azRusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl qollarını bağlayıb, yerə yıxırlar...” ( 18972637)
-
milli.azHibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir? ( 18971530)
-
tribunainfo.az“Avropa Azərbaycanı dəstəkləyir, bu acizliyimizdir” ( 18971443)