RU

Şuşada 6-cı İƏT biznes forumu keçirilib

Şuşada təşkil edilən 6-cı İƏT biznes forumunda təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, regional investisiya imkanları haqqında müzakirələr aparılıb.

Yenisabah.az xəbər verir ki, Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən “İƏT Həftəsi” çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, İƏT-nin və digər beynəlxalq qurumların təmsilçiləri, İƏT-ə üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri iştirak ediblər.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizin İƏT üzvü olan dövlətlərlə ortaq biznes perspektivləri barədə məlumat veriblər. pizza hut

Forum “biznes-dövlət” (B2G) və “biznes-biznes” (B2B) formatında görüşlərlə davam edib. Tədbir çərçivəsində sahibkarların Ağdam Sənaye Parkına səfəri təşkil olunub.


Telegram kanalımız
Избранный
5
50
yenisabah.az

10Источники