RU

Rusiyanın Azərbaycana qarşı 5 “silahı” – Bunlara diqqət etməliyik

Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərgin olması Moskvanın Bakıya ehtimal təzyiq və təhdidlərini aktuallaşdırır. 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyət fundamental şəkildə dəyişdi. İşğalda olan ərazilərin azad edilməsi, Azərbaycanın suverenliyinin tam bərpa olunması və Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Moskvanın Bakı üzərində təsir imkanlarını əhəmiyyətli dərəcədə azaltdı.

Bu şəraitdə Rusiya Azərbaycana hansı xoşagəlməz sürprizlər hazırlaya bilər?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, Azərbaycanda Rusiya üçün zəif nöqtələr, bəndlər olduqca azdır:

“Bununla belə, bəzi istiqamətlərdə daha hazırlıqlı olmağımız lazımdır. Məsələn, Rusiyanın keçmiş sovet ölkələrində, o cümlədən, Azərbaycanda təsir agentləri mövcuddur. Moskva onlar vasitəsilə ictimai rəyi manipulyasiya edərək daxildə gərginlik yarada bilər.

Həmçinin, bilirik ki, Azərbaycanda, ələlxüsus da Bakıda, rus dili geniş istifadə edilir. Rusiya öz kanallarındakı təşviqatla Azərbaycanda daxili qarşıdurmalar yarada bilər. Nəzərə alaq ki, Rusiya kanallarının Azərbaycan ərazisində fəaliyyəti tənzimlənmir və hər evdə onların yayımladığı verilişlərə baxırlar. Bundan başqa, Azərbaycanda Rusiyanın “5-ci kolon”u var və deyə bilərəm ki, onun nümayəndələri kifayət qədər resurlara malikdirlər”.

Politoloq qeyd edib ki, başqa bir təzyiq aləti də Rusiyada uzun illərdir “bəslənən” separatçılardır:

“Onların da aktivləşməsini istisna etmək olmaz. Həmçinin, Rusiya hələ də Azərbaycanın bəzi ixrac sahələrində (məsələn, kənd təsərrüfatı məhsulları və enerji daşıyıcıları) dolayı təsir imkanlarına malikdir. İxrac rejimində süni məhdudiyyətlər və ya texniki bəhanələr mümkündür”.

Избранный
7
3
konkret.az

4Источники