RU

Malayziya Azərbaycanı ticarətin stimullaşdırılması proqramında iştiraka dəvət edir

Malayziya Azərbaycan alıcılarını, idxalçılarını və distribütorlarını “Matred” (INSP) Beynəlxalq Satınalma Proqramında (INSP) iştiraka dəvət edir.

"Report" xəbər verir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza Bakıda keçirilən "Malayziya və Azərbaycan arasında iqtisadi və turizm əməkdaşlığı vasitəsilə əlaqələrin gücləndirilməsi" mövzusunda ticarət, biznes və turizm seminarında bildirib.

"INSP – “Matred” şirkətinin xüsusi olaraq hazırladığı, alıcılara ödənişsiz yaşayış və s. təklif edən ticarətin stimullaşdırılması proqramdır. Bu, azərbaycanlı tərəfdaşlar ilə əməkdaşlığa hazır olan Malayziya ixracatçılarla birbaşa qarşılıqlı əlaqə üçün yaxşı fürsətdir", - səfir qeyd edib.

O vurğulayıb ki, proqramda iştirak işgüzar əlaqələrin qurulması, təchizatçıların tapılması və uzunmüddətli tərəfdaşlıqların yaradılması üçün unikal şans təqdim edir: "Mən Azərbaycan şirkətlərinə həm Beynəlxalq Halal Məhsulları Sərgisi çərçivəsində, həm də INSP proqramı çərçivəsində bu fürsəti qaçırmamağı tövsiyə edirəm".

A.Kamrizamil, həmçinin bildirib ki, cari ilin ikinci yarısında Bakıda Müstəqillik Günü və Malayziya Gününə həsr olunmuş yarmarkanın keçirilməsi planlaşdırılır: "Yarmarkada Malayziyanın milli kulinariya ənənələrinin zənginliyini və unikallığını əks etdirən parlaq və müxtəlif qastronomiya irsi təqdim olunacaq".

Избранный
18
report.az

1Источники