RU

ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda bu məhsullar ucuzlaşacaq KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İran milli valyutası rialın dəyər itirməsi fonunda Azərbaycanda bu ölkədən idxal olunan məhsulların qiymətində ucuzlaşma müşahidə edilə bilər. İstənilən ölkədə milli valyutanın zəifləməsi, həmin ölkədən idxal edilən malların dəyərinə təsir göstərir. Belə hallarda idxalçılar ucuz valyuta ilə məhsul alaraq, daha sərfəli qiymətə satış imkanı əldə edirlər”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib:

“Bu, xüsusilə İran kimi qonşu ölkələrdən idxal edilən kənd təsərrüfatı məhsulları və gündəlik tələbat mallarının qiymətinə təsir göstərir. Bu baxımdan, rialın dəyərsizləşməsi Azərbaycanın bazarında İran məhsullarının ucuzlaşmasına səbəb olur”.

Lakin eyni zamanda, ekspert qeyd edir ki, bu ucuzlaşma qısa müddətli olar və idxalda nəqliyyat, logistika və gömrük xərcləri kimi əlavə faktorlar da qiymətə təsir edə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
konkret.az

2Источники