RU

Zaxarova Kremllə erməni ruhanilərin iş birliyindən DANIŞDI: “Yayılan bu məlumatlar…”

“Rusiya sabit, inkişaf edən və qardaş olan Ermənistanın mövcudluğunda maraqlıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kreml ilə Ermənistan müxalifəti, ruhanilər və bütün ermənilərin katolikosu arasında guya əlaqələrin mövcudluğuna dair məlumatlara münasibət bildirərkən deyib.

Zaxarova yayılan məlumatları “dəhşətli informasiya kampaniyası” adlandırıb və bunun ilk növbədə erməni xalqını hədəfə aldığını bildirib.

O vurğulayıb ki, bu cür dezinformasiyalar cəmiyyətdə parçalanma yaradır.

“Bu parçalanma təsadüfi məsələlərdə deyil, erməni xalqını tarix boyu birləşdirən, çətin və dəhşətli sınaqlardan keçməyə yardım edən dəyərlər, inanc, din, kilsə üzərindən baş verir. Bu dəyərlər süni şəkildə mübahisə mövzusuna çevrilir və Rusiyanın bu məsələyə niyə cəlb olunduğu bəlli deyil,” – Zaxarova vurğulayıb.

O əlavə edib ki, Moskva səmimi şəkildə Ermənistanın sabitliyində maraqlıdır və bu ölkəni çiçəklənən bir dövlət kimi görmək istəyir.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
6
1
konkret.az

2Источники