RU

“Roşka” ləqəbli tiktokerin məhkəməsi başlayır

Ajans.az APA-ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib. Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs  edilib.

Избранный
34
5
Ajans.az

5Источники