RU

Girovların azadlığı üçün fürsəti qaçırmamalıyıq - İsrail XİN

BAKI, TurkicWorld

Kabinetin əksəriyyəti Qəzzada atəşkəs və məhbus razılaşmasını dəstəkləyir.

TurkicWorld xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar Qəzzada atəşkəs və girov mübadiləsi üzrə razılaşmanın həm ictimaiyyət, həm də hökumət daxilində geniş dəstək qazandığını bildirib.
Saar bu fikirlərini ABŞ prezidenti Donald Trampın İsrailin 60 günlük atəşkəs üçün şərtləri qəbul etdiyini açıqlamasından sonra X sosial şəbəkəsində paylaşıb.

“Həm hökumətdə, həm də ictimaiyyətdə girovların azad edilməsinə dair qanun layihəsinin lehinə böyük əksəriyyət var. Əgər bu fürsət varsa, onu qaçırmamalıyıq”, – deyə Saar qeyd edib.

Digər tərəfdən, İsrailin koalisiya hökumətində təmsil olunan ifrat sağçı nazirlər – Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir və Maliyyə naziri Bezalel Smotrich razılaşmaya qarşı mövqelərini bir daha ifadə ediblər. Yerli media Ben-Gvirin atəşkəsin qarşısını almaq üçün Smotriçlə blok yaratmağa çalışdığını yazıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail 60 günlük atəşkəs üçün tələb olunan şərtləri qəbul edib və bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibənin sonlandırılması üçün çalışacaqlar. O əlavə edib ki, vasitəçi olan Qətər və Misir Həmas-a “son təklif” təqdim edəcək.

Qeyd edək ki, İsrailin son hücumları nəticəsində Qəzzada həlak olanların sayı son 24 saatda 142 nəfər artaraq 57 mini keçib.

Избранный
26
35
turkic.world

10Источники