RU

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

Türkiyənin tanınmış aktyoru Şekip Taşpınar bu səhər dünyasını dəyişib. Paralel.az xəbər verir ki, məlumatı onun meneceri Temmuz Karikutal sosial şəbəkə hesabında paylaşıb:

“Menecerliyini etdiyim dəyərli aktyor Şekip Taşpınarı bu səhər saatlarında itirməyin dərin hüznünü yaşayıram. Çox şey paylaşmışdıq. Məkanın cənnət olsun, ağabəy...”

Qeyd edək ki, Şekip Taşpınar 2023-cü ildə alkoqol zəhərlənməsi səbəbilə uzun müddət müalicə almışdı.

SON PAYLAŞIMI — 9 MAY
Şekip Taşpınar son paylaşımını 9 may tarixində sosial media hesabında etmiş və öz fotosunun altına belə yazmışdı:

“O artıq təqaüddədir, sənətkarlıqdan deyil, təbii ki, min dəfə önündə baş əyirəm — DÖVLƏT TEATRI.”

MEHMET ŞEKİP TAŞPINAR KİMDİR?
Mehmet Şekip Taşpınar 10 fevral 1969-cu ildə Ankarada anadan olub. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının məzunu idi. Sənət həyatına 1988-ci ildə Ankara Halk Oyuncuları Teatrında başlayıb. 1990-1994-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsilini davam etdirib.

1995-1998-ci illərdə Ankara Dövlət Teatrında, 1999-cu ildən etibarən isə Adana Dövlət Teatrında fəaliyyət göstərib. 2000-2003-cü illər arasında Çukurova Universitetinin Dövlət Konservatoriyasında aktyorluq, diksiya və fonetika dərsləri verib. 1988-ci ildən başlayaraq TRT və digər televiziya kanallarında dublyaj səsləndirmələri edib.

O, 2009-cu ildə “Kurtlar Vadisi Pusu” serialında canlandırdığı Cevat Akarsu obrazı ilə populyarlıq qazanıb.

Избранный
29
50
paralel.az

10Источники