"Çelsi" Braziliya yığmasının hücumçusu Joao Pedronun transferini bitirib.
İdman.biz xəbər verir ki, bu barədə London klubunun mətbuat xidmətindən açıqlama yayılıb.
23 yaşlı futbolçu ilə 2033-cü ilin yayına kimi müqavilə imzalanıb. "Çelsi" Pedronun çıxış etdiyi "Brayton"a 58,5 milyon avro ödəyib.
Qeyd edək ki, Joao Premyer Liqanın son mövsümündə 27 oyunda 10 qol və 6 ötürmə ilə yadda qalıb.
İdman.biz