Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması qaydası müəyyənləşir
Referans xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilib ki, Reyestr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
Reyestrdə xüsusi icra məmuru barədə aşağıdakı məlumatlar əks etdiriləcək:
- xüsusi icra məmurunun soyadı, adı, atasının adı,
- xüsusi icra məmurunun doğum tarixi (gün, ay, il), fotoşəkli;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- bank hesab nömrələri;
- ofisinin ünvanı;
- əlaqə üçün məlumatlar (telefon nömrəsi, elektron poçt ünvanı);
- şəhadətnamənin və xidməti vəsiqənin verildiyi tarix və nömrəsi;
- peşə məsuliyyətinin sığortası müqaviləsinin rekvizitləri, müddəti və sığortaçı barədə məlumatlar,
- fəaliyyəti dayandırıldığı hallarda, bu barədə məlumat (fəaliyyətin nə vaxt və kim tərəfindən dayandırılması);
- şəhadətnamənin ləğv edildiyi hallarda, bu barədə məlumat (şəhadətnamənin ləğv edildiyi tarix və əsası)
- intizam məsuliyyətinə cəlb edildiyi hallarda, bu barədə məlumat (Intizam tənbehinin növü, nə vaxt və kim tərəfindən verilməsi);
- köməkçisinin (olduğu halda) soyadı, adı, atasının adı;
- xüsusi icra məmurunun Reyestrə daxil edildiyi tarix və reyestr nömrəsi.
- Fəaliyyətinə xitam verilmiş xüsusi icra məmurları barədə məlumatlar istisna olmaqla, Reyestrə daxil edilmiş məlumatlar açıq informasiyaya aiddir, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və daim yenilənir. Xüsusi icra məmurları Reyestrdə onlar barədə olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində Reyestri aparan orqana məlumat verməlidirlər.
Məlumatlarda dəyişikliklər olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların təqdim olunduğu gündən sonrakı iş günündən gec olmayaraq yenilənmesi təmin edilməlidir.
- Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi icra məmurunun şəxsi işi tərtib edilir və aparılır. Şəxsi işin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Xüsusi icra məmurunun şəxsi işinə onun fərdi məlumatları, şəhadətnamənin verilməsi, fəaliyyəti, şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar olan sənədlər və məlumatlar daxil edilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта