RU

Rusiyadan Azərbaycana inanılmaz jest...

  Rusiya separatçı Zahirəddin İbrahimovun Azərbaycana ekstradisiya tələbini təmin edib.

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bugünkü mətbuat konfransında danışıb.

O bildirib ki, Zahirəddin İbrahimov Azərbaycan vətəndaşıdır və Bakının tələbi ilə saxlanılıb:

“Rusiya qanunvericiliyi, bildiyiniz kimi, Rusiya Federasiyası vətəndaşlarının ekstradisiyasını nəzərdə tutmur, ona görə də Azərbaycan vətəndaşı İbrahimov Bakının tələbi ilə ekstradisiya olunub. O, qanunsuz əməllərinə görə Rusiya vətəndaşlığından məhrum edilib”.

Zaxarova onun hansı cinayətlərinə görə Rusiya vətəndaşlığından məhrum edildiyinə aydınlıq gətirməyib.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir və buna görə də İbrahimovu öz vətəndaşı olaraq tələb edib.//Oxu24.com  

Избранный
17
6
referans.az

5Источники