"Lill"in hücumçusu Conatan David karyerasını "Yuventus"da davam etdirəcək.
Operativ Media xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı kanadalı iyulun 2-nə keçən gecə Turin klubuna keçməyə razılaşıb.O, azad agent kimi "Yuventus"a keçəcək. Hücumçunun "Lill"lə müqaviləsi iyunun sonunda başa çatıb.
David 2020-ci ildən Fransa klubunda çıxış edir. O, 232 oyun keçirib, 109 qol vurub və 30 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.