RU

Rusiya Ukrayna bankına 1 milyard dollardan çox təzminat ödəməlidir KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Fransanın Paris şəhərində məhkəmə Rusiya hökumətinin apellyasiya şikayətini rədd edib və beləliklə, Moskva ilə Ukraynanın “Oşadbank”ı arasında illərlə davam edən hüquqi mübahisəyə son qoyulub.

KONKRET.az xəbər verir ki, məhkəmə qərarı 2018-ci ildə başlayan iddia əsasında qəbul edilib. Həmin il “Oşadbank” Rusiya tərəfindən Krımın ilhaqı nəticəsində itirilən aktivlərə görə təzminat tələb etmişdi.

Fransadakı beynəlxalq arbitraj məhkəməsi Rusiyanı bir milyard dollardan artıq təzminat ödəməyə məcbur edib. Moskva bu qərarı apellyasiya qaydasında ləğv etdirməyə çalışsa da, uğursuzluğa düçar olub.

Bu qərar Krımın ilhaqı fonunda Rusiyanın beynəlxalq hüquq qarşısında üzləşdiyi növbəti hüquqi məğlubiyyət kimi qiymətləndirilir.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
konkret.az

2Источники