Azərbaycan milli komandasının futbolçusu Emil Mustafayev Ukraynanın "Polissya" klubunun heyətində məhsuldar ötürmə verib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Bad-Leonfelden"lə yoldaşlıq görüşündə diqqət mərkəzinə düşüb.
İkinci hissədə meydançaya çıxan həmvətənimiz cəmi bir neçə dəqiqə sonra özü hücumu başlayıb və komandasının ikinci qolunun assistini verib.
Oyun "Polissya"nın 5:1 hesablı qələbəsi ilə nəticələnib.
Xatırladaq ki, E.Mustafayev ilk dəfə Azərbaycan yığmasına ötən il çağırılıb və 2024-cü ildə ölkənin əsas milli komandasında 5 matç keçirib. Yığmanın məşqçilər korpusu bu il hələlik onun xidmətinə ehtiyac durmayıb.