RU

Berluskoninin ailəsindən alınan Montsa yeni sahibinə qovuşdu

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın "Montsa" klubu yeni sahibinə qovuşub.

Fanat.Az xəbər verir ki, bu barədə “Gazzetta de Milano” məlumat yayıb.

Klub Amerika investisiya fondu "Beckett Layne Ventures"in nəzarətinə keçib. Onlar klubun səhmlərinin 80 faizini alıblar, fond qalan 20 faizi 2026-cı ilin yayında əldə edəcək. Müqavilənin ümumi dəyəri 45 milyon avrodur.

Hələlik Adriano Qalliani "Montsa"nı idarə edəcək, lakin bunun müvəqqəti xarakter daşıdığı bildirilir.

"Montsa" 2018-ci ildən Silvio Berluskoni və onun "Fininvest" şirkətinə məxsus idi. Məhz "Milan"ın keçmiş prezidentinin rəhbərliyi altında klub 2022/23 mövsümündə ilk dəfə A Seriyasında çıxış edib.

2023-cü ildə Silvio Berluskoninin ölümündən sonra "Montsa" "Fininvest"in və İtaliyanın keçmiş baş nazirinin ailəsinin nəzarəti altında qalıb.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
50
fanat.az

10Источники