Federal Məhkəmə İcraçıları Xidməti "Crocus Group"un prezidenti Araz Ağalarova qarşı fərdi borcluların reyestrinə əsasən işi icraatına başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya saytları yazıb.
Proses iyunun 26-da başlayıb.
Bu gün yayılan informasiyaya görə, Moskvanın Presnenski Məhkəməsi mayın 7-də Moskva Metropoliteni iddiaçı qismində çıxış etdiyi icra sənədini təqdim edib.
İyunun 26-da Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarova qarşı fərdi borcluların reyestrinə əsasən icra icraatına başlayıb.
Prosesin təfərrüatları məlum deyil.