RU

Tokayev Azərbaycana təşəkkür edib

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Astana şəhərində yerləşən yeni qərargahının rəsmi açılış mərasimində iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident çıxışı zamanı Azərbaycana xüsusi təşəkkürünü bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qazaxıstanın yaxın dostu olaraq CICA çərçivəsində fəal və məsuliyyətli sədrliyini nümayiş etdirib:

“Azərbaycanın təşkilata sədrliyi dövründə dialoq, qarşılıqlı etimad, tərəfdaşlıq və institusional inkişaf sahəsində göstərdiyi səylər yüksək qiymətləndirilir. Bu mühüm təşkilatın inkişafında Azərbaycanın rolu təqdirəlayiqdir.”

Tokayev Azərbaycanın sədrliyinin CICA-nın regionda sabitlik və əməkdaşlıq platforması kimi möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Избранный
26
39
operativmedia.az

10Источники