RU

Masazırda açıq ərazidə yanğın söndürülüb

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Far.Az-ə FHN-dən bildirilib.

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilməyib.

***23:01

Masazır qəsəbəsi ərazisində güclü yanğın başlayıb.

Bu barədə hadisə şahidləri Far.Az-in "qaynar xətti"nə məlumat veriblər.

Bİldirilir ki, yanğın şiddətli və hündür ərazidə olduğundan ətraf qəsəbələrdən də görünür. Sakinlər yanğının evlərə keçəcəyindən təşvişə düşdüklərini bildiriblər.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Far.Az-ə bildirilib ki, Masazır qəsəbəsi ərazusində quru otluq sahədə yanğın başlayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Избранный
28
16
far.az

10Источники