RU

AP: ABŞ mühafizəçiləri Qəzzaya yardım məntəqələrində fələstinlilərə atəş açıb

Amerika mühafizəçiləri Qəzza zolağında yardım məntəqələrindəki ərzaq toplamaq üçün gələn fələstinlilərə atəş açır.

"Report"un xəbərinə görə, bu barədə "Associated Press" agentliyi Qəzza Humanitar Fondunun əməkdaşlarının videogörüntüləri və ifadələri əsasında məlumat yayıb.

Adının açıqlanmasını istəməyən iki mühafizəçi bildirib ki, onların həmkarları mütəmadi olaraq fələstinlilərə qarşı səsli qumbaralardan və bibər qazından istifadə edir, həmçinin bütün istiqamətlərə - havaya, yerə, bəzən də insanlara atəş açır. Agentliyin həmsöhbətləri bildiriblər ki, Qəzza Humanitar Fondunun obyektlərində mühafizəyə cavabdeh olan işçilər çox vaxt ixtisassızdırlar, lazımi yoxlamalardan keçmirlər, lakin onlara istədikləri hər şeyi etmək üçün tam səlahiyyət verilir.

Onların fikrincə, nəticədə “günahsız insanlar” “lazımsız yerə” əziyyət çəkirlər. Humanitar yardım almağa gələn qəzzalılar bir tərəfdən amerikalıların, digər tərəfdən isə İsrail hərbçilərinin atəşi altında qalırlar.

Bundan əlavə, “Associated Press”in əldə etdiyi məlumata görə, Qəzza Humanitar Fondunun yardım məntəqələrində olan amerikalılar ərzağın paylanması zamanı onlara şübhəli görünən fələstinlilər haqqında İsrailə məlumat verirlər.

Fondun məntəqələrinin təhlükəsizliyini təmin edən əsas podratçılarından biri Amerikanın “Safe Reach Solutions” şirkətidir. Onun nümayəndəsi agentliyə bildirib ki, obyektlərin heç birində ciddi insident qeydə alınmayıb. O, toplaşan insanların diqqətini cəlb etmək üçün yerə atəş açıldığını iddia edib.

Избранный
15
1
report.az

10Источники