RU

Polislərin peşə bayramı Goranboyda qeyd olundu - Fotolar

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon Polis şöbəsinin rəisi Məmməd Hüseynov, rayonun digər rəhbər şəxsləri və bir qrup polis əməkdaşları 2 iyul-Azərbaycan Polisi Günü ilə bağlı, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, sonra tədbir rayon Polis şöbəsində davam etdirilib.

Prezident İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı rayon Polis şöbəsinin rəhbərliyini və bütün şəxsi heyyətini təbrik edib.

Tədbirdə Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına rayon İH başçısının Fəxri Fərmanları təqdim edilib.

1998-ci ildən iyulun 2-si prezident, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.









Избранный
44
qafqazinfo.az

1Источники