RU

Haber Global: Azərbaycan ECO nun Zirvə görüşü öncəsi önəmli forumlara ev sahibliyi edir

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) liderlər zirvəsinin toplantısından öncə bir sıra vacib forumlar təşkil edilib.

BAKU.WS xəbər verir ki, bu fikir Türkiyənin "Haber Global" telekanalının Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 6-cı biznes forumu ilə bağlı süjetində yer alıb.

Qeyd olunur ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü ərəfəsində önəmli forumlara ev sahibliyi edir. Əsas hədəf təşkilata üzv ölkələr arasında hər sahədə iş birliyini artırmaqdır. Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumundan sonra Laçın ECO-nuin Qadınlar Forumuna ev sahibliyi edib. Panel Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan, Qırğızıstan və Türkmənistandan nazirin müavinləri, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Qadınlar forumunda qadınların hər sahədə fəaliyyətinin gücləndirilməsi müzakirə olunub.

Bildirilir ki, Şuşa şəhərində keçirilən biznes forumunda 10 ölkədən 170-dən çox iş adamı qatılıb. Məqsəd təşkilata üzv ölkələr arasında ticarəti daha da artırmaq, investisiya imkanlarının genişləndirilməsidir. Foruma Türkiyədən çoxlu sayda iş adamı qatılıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü cümə günü Xankəndidə keçirilək. Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirakı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
41
baku.ws

10Источники