RU

Ulduzlarası məkandan gələn cisim Günəş sisteminə daxil oldu

Bu gün, 09:36

Günəş sisteminə kənardan daxil olmuş səma cismi aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.
Məlumata görə, "A11pl3Z" adlandırılan səma cisminin ölçüsü 10-20 kilometr uzunluqdadır.
Astronomların fikrincə, saatda 200 min kilometr (60 km/saat) sürətlə hərəkət edən cismin orbiti Günəş ətrafında deyil və o ulduzlarası məkana qayıdacaq. Onun orbiti Marsla kəsişəcək və 2026-cı ilədək müşahidə olunacaq.
"A11pl3Z" çox yüksək sürətlə hərəkət etməsinə baxmayaraq Yer planeti üçün heç bir təhlükə təşkil etmir.




Избранный
20
19
Reportyor.tv

10Источники