RU

Rusiyanın bu aeroportu bağlandı

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiyanın Samara şəhər aeroportunda təyyarələrin uçuşu və enişi müvəqqəti olaraq dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Artyom Korenyako “Telegram” kanalında məlumat yayıb.

“Mülki təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması səbəbilə Samara aeroportunda onların qəbulu və göndərişinə müvəqqəti məhdudiyyətlər qoyulub”, - o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Saratov hava limanında oxşar məhdudiyyətlər tətbiq olunsa da, təxminən 1 saatdan sonra normal fəaliyyət bərpa olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
25
modern.az

10Источники