RU

Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutulub YENİLƏNİB

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Lənkəranda həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlı Baxış Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

2 iyul, 23.58

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şürük kəndində baş verib.Kənd sakini 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov boynunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.E.Kazımovun sözlərinə görə, qonşu onun evinə hücum çəkib və ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
apa.az

6Источники