Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 091,1 milyon manat təşkil edib.
Modern.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.
Gömrük daxilolmaları proqnozdan 0,1 % çox icra edilib.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 6 ay ərzində həmin məbləğin 46,8 %-i təmin olunub.