RU

Bali sahillərində bərə qəzaya uğrayıb, 4 nəfər ölüb, 38 nəfər itkin düşüb - YENİLƏNİB

İndoneziyanın Bali adası sahillərində bərənin batması nəticəsində 4 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TRT Haberə istinadən xəbər verir ki, 23 nəfər xilas edilib, itkin düşmüş 38 nəfər isə axtarılır.

batan

***

Bali sahillərində 53 sərnişin və 12 ekipaj üzvünü daşıyan bərə batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Daily Mail"ə istinadən xəbər verir ki, gəminin mühərrik bölməsində ciddi sızma baş verib, bu da elektrik təchizatının tam dayanmasına və sonradan gəminin batmasına səbəb olub.

Hazırda sağ qalanlar və həlak olanlarla bağlı dəqiq məlumat yoxdur.

Axtarış-xilasetmə işləri davam edir.

 

Избранный
6
2
operativmm.az

3Источники