RU

ARDNF-dan dövlət büdcəsinə transfert 13%-dən çox artıb

Belə ki, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19,804 milyard milyon manat olub.

Kommersant.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gəlirlərdə Dövlət Neft Fondundan (ARDNF) transfert 7,240 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 850 milyon manat və ya 13,3% çoxdur.

Belə ki, 2024-cü ilin birinci yarısında Dövlət Neft Fondundan büdcəyə transfert 6,390 milyard manat idi.

Cari ilin birinci yarısında Dövlət Neft Fondundan transfert tam icra edilib.

Избранный
14
44
kommersant.az

7Источники