RU

Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib

Bakı.Trend:

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ)əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi iləməşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Trend Daxiliİşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirlər zamanı 44yaşlı Samirə Rüstəmova, 36 yaşlı Bayram Feyziyev, 28 yaşlı YaşarƏhmədov, 44 yaşlı Elbəyi Çərkəzov və 41 yaşlı Saleh Mirməmədovsaxlanılıblar.

Onlardan ümumilikdə 5 kiloqramdan artıq heroin, marixuana,psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadəolunan elektron tərəzilər aşkarlanıb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqlaaraşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini vəayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətindəolduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
24
24
az.trend.az

8Источники