RU

"Qarabağ"ın Avstriyadakı rəqibləri müəyyənləşib

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, komanda Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.

Dörd gün sonra “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.

İyulun 15-də baş tutacaq toplanışın son matçı “Zalsburq”a qarşı olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda baş tutacaq.

Qarşılaşmaların hamısı Kaprun stadionunda baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" hazırlığa iyunun 18-də Bakıda start verib və iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.

Maksim Medvedev "Qarabağ"a baş məşqçi təyin edilib - Rəsmi

Andriya Lukoviç: "Azərbaycanda "Qarabağ"la rəqabət aparacaq klub yoxdur" - Müsahibə

“Qarabağ” Juninyonun yerinə hücumçu tapdı: O da Portuqaliyadan gəlir

Siyasət Əsgərov: “Təlim-məşq toplanışının bizə çox köməyi olacaq”

PFL 17 yaşında!

Избранный
27
32
apasport.az

10Источники