RU

İndi də Ağalarovlar?!

Federal Məhkəmə İcraçıları Xidməti “Crocus Group”un prezidenti Araz Ağalarova qarşı fərdi borcluların reyestrinə əsasən işi icraatına başlayıb.

Heftelik.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, proses iyunun 26-da başlayıb.

Moskvanın Presnenski Məhkəməsi mayın 7-də Moskva Metropoliteni iddiaçı qismində çıxış etdiyi icra sənədini təqdim edib, iyunun 26-da Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarova qarşı fərdi borcluların reyestrinə əsasən icra icraatına başlayıb.

Prosesin təfərrüatları məlum deyil.

Bu arada Araz Ağalarovun oğlu, Azərbaycanın Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb. Lent..az xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi. Emin Ağalarov sosial şəbəkədə məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib. Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.

Xatırladaq ki, Araz Ağalarov “Krokus Qrup”un təsisçisi və prezidentidir. O, Rusiyanın 200 ən varlı iş adamı – 2021-in reytinqinə daxil edilib.

Избранный
15
heftelik.az

1Источники