RU

İyunda dünya bazarlarında neft 10%-dən çox bahalaşıb

Bu ilin ikinci rübündə (aprel-iyun ayları) dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 67,8 ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (84,9 dollar) ilə müqayisədə 20,1% azdır.

Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ilin birinci rübününü göstəricisi (75,6 dollar) ilə müqayisədə aprel-iyun aylarında “Brent”in qiyməti 10,4% azalıb.

Bildirilir ki, cari ilin iyununda “Brent”in orta qiyməti 71,5 dollar səviyyəsində olub, bu da mayın göstəricisi (64,2 dollar) ilə müqayisədə 11,4% çoxdur.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.

Məlumata görə, cari ilin aprel-iyun aylarında WTI (West Texas Intermediate) etalon markalı neftin bir barelinin orta qiyməti 63,9 ABŞ dollarına bərabər olub, bu da 2024-cü ilin ikinci rübünün göstəricisi (80,8 dollar) ilə müqayisədə 20,9% azdır. Cari ilin birinci rübünün göstəricisi (71,4 dollar) ilə isə müqayisədə apre-iyun aylarında WTI neftinin qiyməti 10,5% azalıb.

Hesabatda deyilir ki, cari ilin iyununda WTI-ın orta qiyməti 67,5 dollar olub, bu da öncəki ayın göstəriicisi (61 dollar) ilə müqayisədə 10,7% artım deməkdir.

Qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır.

Избранный
6
1
apa.az

2Источники